...

Cibuti Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin şəkildə pisləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2014 19:24 (UTC +04:00)
Cibuti Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin şəkildə pisləyən bəyanat yayıb.
Cibuti Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin şəkildə pisləyir

Cibuti Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin şəkildə pisləyən bəyanat yayıb.

AzərTAc xəbər verir ki, bəyanatda Cibuti hökumətinin işğal olunmuş Azərbaycan ərazilərində mülki Azərbaycan əhalisinə qarşı törədilmiş hərəkətləri bəşəriyyətə qarşı cinayət hesab etdiyi bildirilir.

İslam Əməkdaşlıq Təşkilatının, BMT Baş Məclisinin və Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrin xatırlandığı bəyanatda işğal altındakı Azərbaycan ərazilərində yerləşən arxeoloji, mədəni və dini abidələrin talan edilməsi və dağıdılması kəskin şəkildə pislənilir. Bildirilir ki, rəsmi Cibuti BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin, həmçinin BMT Baş Məclisinin A/RES/62/243 saylı qətnaməsinin tam icrasını və Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ da daxil olmaqla işğal etdiyi bütün Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını, rəsmi Yerevanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanımasını qəti şəkildə tələb edir.

Cibuti hökuməti, həmçinin Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmaması prinsiplərinə hörmət əsasında ədalətli şəkildə və sülh yolu ilə həllinə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti