...

Riçard Morninqstar: Təmas xəttində baş verən hər hansı xoşagəlməz hallar və faciəvi itkilər çox ağrılıdır (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2014 20:43
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən hər hansı xoşagəlməz hallar və faciəvi itkilər çox ağrılıdır.
Riçard Morninqstar: Təmas xəttində baş verən hər hansı xoşagəlməz hallar və faciəvi itkilər çox ağrılıdır (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir Səbinə Әhmədova/

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən hər hansı xoşagəlməz hallar və faciəvi itkilər çox ağrılıdır. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərin işğal altında olan Kəlbəcər rayonunda azərbaycanlıların girov götürülməsi ilə bağlı sualına cavabında deyib.

Səfir qeyd edib: "Bilirəm ki, təmas xəttindəki hadisələr ATƏT-in Minsk qrupunun həmsədrlərini çox narahat edir və bu, bir daha bu dəhşətli münaqişənin tez bir zamanda nizamlanmasının əhəmiyyətini göstərir".

ABŞ-ın Azərbaycanda yeni səfirinin ölkəyə nə zaman gələcəyi ilə bağlı suala cavabında R.Morninqstar yeni səfirin namizədliyinin tez bir zamanda təsdiqlənəcəyinə ümidvar olduğunu bildirib: "Bildiyiniz kimi, Konqresimiz bütün namizədləri tez bir zamanda təsdiq etmir. Bunun cənab Robert Sekuta və ya Azərbaycanla heç bir bağlılığı yoxdur".

O, qeyd edib ki, yeni səfirə ötən illər ərzində həyata keçirilən prinsiplərə sadiq qalmağı, ölkələrimiz arasındakı əlaqələrin əhəmiyyətinə diqqət yetirməyi tövsiyə edib: "Әminəm ki, o öz işini çox yaxşı görəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti