...

Klod Salhani: Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ABŞ üçün hələ prioritet deyil

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyul 2014 18:18
Dağlıq Qarabağ münaqişəsini birdəfəlik nizamlamaq üçün səyləri bərpa etmək lazımdır. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Bakıda iyulun 24-də vida gecəsində deyib.
Klod Salhani: Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ABŞ üçün hələ prioritet deyil

Trend-i buradan izləyin

Klod Salhani, Trend-in İngilis xəbərlər xidmətinin baş redaktoru

Dağlıq Qarabağ münaqişəsini birdəfəlik nizamlamaq üçün səyləri bərpa etmək lazımdır. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Bakıda iyulun 24-də vida gecəsində deyib.

Əslində, yaxşı deyib. Lakin bu sözlər nə ilə əsaslandırılıb?

Bu məsələyə aidiyyəti olan bütün tərəflər Qafqazda regionu həmişəlik qeyri-müəyyənlik vəziyyətinə salan "nə müharibə, nə sülh" şəraitinin həllinin lehinə çıxış edirlər.

Amerikalı diplomat qeyd edib ki, sülh region əhalisinə xeyli mənfəət gətirəcək və gələcəkdə Azərbaycanın çiçəklənməsini təmin edəcək. Həqiqətən də sülh əlbəttə ki, Azərbaycana sərf edərdi, bu məsələdə heç bir şübhə yoxdur. Ölkə iqtisadi baxımdan çox yaxşı inkişaf edir və hazırda neft-qaz gəlirləri yaxşı investisiya edilir. Bu məqam Fransa Prezidenti Fransua Ollandın da Bakıya səfəri zamanı diqqətindən yayınmadı.

Şəhərin mərkəzindəki hoteldə Fransa icması ilə görüşən F.Olland Azərbaycanı və Prezident İlham Əliyevi ölkəyə müdrik şəkildə investisiya yatırılmasına, infrastrukturun inkişafına görə dəstəklədi.

Nizamlanmanın əleyhinə çıxış edə biləcək biri varsa, bu da ermənilərdir. Niyə? Azərbaycanlıların nəzərində nizamlanma yalnız torpaqlarının geri qaytarılması anlamına gələ bilər. Ermənistan bu qərara şübhəsiz ki, etiraz edəcək, çünki bu cür sazişin nəticəsi onlar üçün 1992-ci ildə işğal etdikləri torpaqların itirilməsi ilə başa çatacaq. Məhz buna görə də danışıqlar mürəkkəbdir. Bu danışıqlarda hər bir tərəf güzəştə getməlidir. Ermənistan üçün bu, qonşusu ilə sülh müqabilində torpaqlardan imtina etmək və Dağlıq Qarabağ və ətraf ərazilərin qaytarılması məsələsində Azərbaycanı dəstəkləyən türkdilli ölkələrlə münasibətlərin yaxşılaşması anlamına gələ bilər. Həmin ölkələrdən biri regionda iri oyunçu olan Türkiyədir.

Azərbaycana gəlincə, bu, ölkəyə iki şey təklif edə bilər: sülh və maliyyə stimulları. Sülh Cənubi Qafqazın iki ölkəsi arasında ticarət və turizm sahələrində əlaqələr üçün şərait yaradacaq, maliyyə stimulları isə hazırda ağır iqtisadi vəziyyətdə olan Ermənistana kömək edəcək. Böyük erməni icmasının yaşadığı Minsk qrupunun iki iştirakçı ölkəsi ABŞ və Fransa Yerevana maliyyə dəstəyi və təhlükəsizlik zəmanəti təklif edə bilər. Bu, Ermənistanı Rusiya dəstəyindən daha az asılı vəziyyətə salacaq. Hazırda Ermənistan Rusiyaya tam və demək olar, bütün məsələlərdə həvəzsiz arxalanır.

Bu sahədə risk etməzdən əvvəl, ən azı, görüşlərin birinci mərhələsində prosesi işə salmaq üçün hər iki tərəfi prezidentlər səviyyəsində toplamaq lazımdır. Buna baxmayaraq, R.Morninqstarın Vaşinqtondakı müdirləri, Pensilvaniya-avenyuda və Dövlət Departamentindəki məmurlar hazırda Yaxın Şərq və Şərqi Avropadakı daha kəskin problemlərlə, sözün hərfi mənasında, yanan problemlərlə məşğuldurlar.

İraqda Nuri əl-Maliki hökuməti mövcudluğu uğrunda mübarizə apardığı bir vaxtda özlərini "İslam xilafəti" adlandıran islamçı qruplaşmalar gündən-günə paytaxt Bağdad şəhərinə doğru irəliləyir.

17 gündür ciddi bombardmana məruz qalalan Qəzza sektorunda fələstinlilər və israillilər arasında münaqişə getdikcə faciəvi xarakter alır. Ölənlərin sayı artmaqda davam edir və nüfuzlu gündəlik "Haaretz" qəzetinin məlumatına görə, artıq 770-dən artıq fələstinli və 32 israilli əsgər öldürülüb.

Suriyada tüğyan edən vətəndaş müharibəsi, Liviyadakı "laxlayan" siyasi vəziyyət, İranla nüvə danışıqları və ağır fəsadlara (məsələn, Malayziya Hava Yollarının "Boinq" sərnişin təyyarəsinin vurulması) gətirib çıxaran Ukraynadakı vətəndaş müharibəsindən isə danışmağa dəyməz. Öz-özlüyündə Dağlıq Qarabağ münaqişəsi hazırda ABŞ diplomatiyasından lazımi diqqət görmür.

Bakıda amerikalı diplomatlar Trend-ə bildiriblər ki, səfirin çıxışında həqiqətən də heç bir yenilik, heç bir yeni siyasət, yeni təşəbbüslər yox idi. Səfir ABŞ-ın bu məsələ üzrə mövqeyini yenidən təkrar edib. Getməzdə öncə səfirin çıxışı yəqin ki, belə - nəzakətli, qısa olmalı idi.

Aydındır ki, səfir Bakıda qalma müddəti getdikcə azaldıqca (o, gələn həftə yola düşür) yalnız Azərbaycan xalqına bu münaqişənin həllində müəyyən ümidlər saxlaya bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti