...

Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə üçtərəfli görüşün keçirilməsini istisna etmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Avqust 2014 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 avqust/Trend/

Moskva sabah Dağlıq Qarabağ münaqişəsi üzrə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün keçirilməsini istisna etmir. Trend-in şənbə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

D. Peskov bildirib: "Biz üçtərəfli görüşün bazar günü günorta saatlarında keçiriləcəyini istisna etmirik".

O qeyd edib ki, bu gün axşam saatlarında Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə sambo üzrə turnirə baş çəkəcəkləri gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti