...

Sarkisyanla Uorlik nədən danışdılar?

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Sentyabr 2014 10:32 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyan dünən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliki qəbul edib.
Sarkisyanla Uorlik nədən danışdılar?

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Ermənistan Prezidenti Serj Sarkisyan dünən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliki qəbul edib. Trend xəbər verir ki, bu barədə "Armenia Today" prezidentin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesinin hazırkı mərhələsi və perspektivlərinə dair məsələləri müzakirə ediblər.

Ermənistan Prezidenti və ATƏT MQ-nin həmsədri sentyabrın 4-də Nyuportda ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüşdə müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bundan başqa, amerikalı həmsədri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da qəbul edib.

Görüşdə tərəflər Qarabağ nizamlanmasına dair bir sıra məsələləri müzakirə ediblər.

Tərəflər sentyabrın 4-də Nyuportda ABŞ dövlət katibi Con Kerrinin iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə toxunulan məsələlər haqqında fikir mübadiləsi aparıblar. Onlar, həmçinin Fransa Prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrda Parisdə keçiriləcək görüşünün vacibliyini də qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti