...

Ötən gün atəşkəs rejimi 16 dəfə pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Oktyabr 2014 10:00 (UTC +04:00)
Ötən gün cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi sutka ərzində ümumilikdə 16 dəfə pozulub.
Ötən gün atəşkəs rejimi 16 dəfə pozulub

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Ötən gün cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi sutka ərzində ümumilikdə 16 dəfə pozulub.

Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti