Azərbaycan, Bakı, 11 noyabr /Trend/
Ermənistanın separatçı Dağlıq Qarabağ rejimini tanıması vaxtından əvvəl atılmış addım olardı. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan deyib.
Onun sözlərinə görə, belə addım Ermənistanın danışıqlardan birtərəfli çıxması anlamına gələcək ki, bu da danışıqların pozulması faktoru olacaq: "Bu, Ermənistanın təcrid olunmasına gətirib çıxaracaq və hərbi fəaliyyətin bərpa olunması təhlükəsini artıracaq".