...

ABŞ azərbaycanlı girovların qaytarılmasına çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Fevral 2015 17:50 (UTC +04:00)
"Biz aidiyyəti dövlət rəsmilərini iki nəfər məhbusun Azərbaycan hökumətinə qaytarılmasına çağırırıq".
ABŞ azərbaycanlı girovların qaytarılmasına çağırır

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir Anaxanım Hidayətova/

"Biz aidiyyəti səlahiyyətli şəxsləri iki nəfər məhbusun Azərbaycan hökumətinə qaytarılmasına çağırırıq". Bu barədə Trend-ə açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Kəlbəcərdə girov götürülmüş azərbaycanlılara qarşı təşkil olunmuş "məhkəmə" ilə bağlı ABŞ-ın mövqeyini şərh edərkən bildirib.

Diplomat deyib ki, bu kimi humanist addım tərəflər arasında etimadın yaradılmasına və gərginliyin azaldılmasına yardım edə bilər: "Həm keçmiş təcrübədə olduğu kimi, həm də Həştərxan bəyannaməsinə uyğun olaraq tərəflər girovların qaytarılması istiqamətində razılığa gəliblər və biz ümid edirik ki, vəziyyətdən çıxış üçün eyni addımlar bu dəfə də atıla bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti