...

Uorlik ABŞ-ın yeni səfirləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində işləməyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Fevral 2015 10:47 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik ABŞ-ın Azərbaycanda və Ermənistanda yeni təyin etdiyi səfirləri Robert Sekuta və Rik Millslə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində işləməyə başlamaq niyyətindədir.
Uorlik ABŞ-ın yeni səfirləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində işləməyə hazırdır

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Anaxanım Hidayətova/

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik ABŞ-ın Azərbaycanda və Ermənistanda yeni təyin etdiyi səfirləri Robert Sekuta və Rik Millslə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində işləməyə başlamaq niyyətindədir. Trend xəbər verir ki, bu barədə Uorlik özünün "Tvitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Həmsədr yazır: "Azərbaycanda və Ermənistanda yeni təyin olunan səfirləri - Robert Sekuta və Rik Millsi salamlayıram. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə birgə işə başlamağı səbirsizliklə gözləyirəm".

Xatırladaq ki, ABŞ Senatı ötən il dekabrın 16-da Robert Frensis Sekutanın bu ölkənin Azərbaycanda yeni səfiri vəzifəsinə namizədliyini təsdiqləyib.

R.Sekuta əvvəllər ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda dövlət katibi köməkçisinin energetika, sanksiyalar və xammal məhsulları üzrə müavini vəzifəsində çalışıb.

Onun xaricdə son təyinatları Tokioda (2007-2009-cu illər) və Berlində (2003-2007-ci illər) olub. Bu ölkələrdə ABŞ hökumətinin iqtisadi məsələlərin bütün spektrində iştirakına nəzarət edib.

Almaniyada iqtisadi müşavir-səfir kimi R.Sekutanın işi terrorizmlə və beynəlxalq cinayətkarlıqla mübarizənin gücləndirilməsi olub. O, həmçinin ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda ərzaq təhlükəsizliyi məsələləri üzrə baş müşavir və ABŞ-ın Əfqanıstanda səfirliyində Koordinasiya direktorunun iqtisadi məsələlər üzrə birinci müavini olub.

Daha əvvəl R.Sekuta ABŞ-ın Ticarət Nümayəndəliyi İdarəsində (1999-2000-ci illər) çalışıb. O, ABŞ Dövlət Departamentində müxtəlif vəzifələr tutub, energetika, ticarət və iqtisadi inkişaf məsələlərinə cavabdeh olub, eləcə də iqtisadi siyasət və ictimai diplomatiyanın analizi üzrə direktor, bioloji texnologiyalar üzrə xüsusi vasitəçi və İraq iqtisadi hədəf qrupunun direktoru olub.

R.Sekuta Corctaun Universitetinin məzunu, Qlobal Menecment Məktəbinin və Milli Hərbi Kollecin magistri dərəcəsinə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti