...

Həmsədrlər Bakıya gəliblər (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Fevral 2015 09:25 (UTC +04:00)
Bazar ertəsi ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfəri başlayıb.
Həmsədrlər Bakıya gəliblər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir Anaxanım Hidayətova/

Bazar ertəsi ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfəri başlayıb.

Trend xəbər verir ki, həmsədrlər - Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andryö (Fransa) Bakıda XİN rəhbəri Elmar Məmmədyarov, müdafiə naziri Zakir Həsənovla görüşlər keçirəcəklər. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcəklər.

"Biz Azərbaycan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ciddi danışıqlar olacağını gözlәyirik".

Trend-in məlumatına görә, bunu ATӘT-in Minsk qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik "Twitter" səhifəsində yazıb.

C. Uorlik bildirib: "Hәr kәs bundan faydalanacaq".

Fevralın 17-də həmsədrlər Yerevana, daha sonra isə Dağlıq Qarabağa yola düşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti