...

Kanada parlamenti qarşısında Xocalı aksiyası keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2015 15:09 (UTC +04:00)
Azərbaycan diasporu Kanada parlamenti qarşısında aksiya keçirib.
Kanada parlamenti qarşısında Xocalı aksiyası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İlkin İzzət/

Azərbaycan diasporu Kanada parlamenti qarşısında aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kanadadakı Azərbaycan diasporu paytaxt Ottavada Kanada parlamentinin binası qarşısında etiraz aksiyası keçirib.

Vaterloo və Toronto universitetlərində təhsil alan azərbaycanlı tələbələr tərəfindən təşkil olunmuş aksiyada türk tələbələr də iştirak ediblər.

Aksiya Xocalı soyqırımı qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan himninin oxunması ilə başlayıb. Əllərində Azərbaycan və Türkiyə bayraqları, Xocalı soyqırımının tanınmasına çağırış plakatları tutan tələbələr "Xocalıya ədalət" şüarları səsləndiriblər.

Daha sonra aksiya iştirakçıları Ottavanın küçələri ilə Ermənistan səfirliyinə doğru hərəkət edib. Yürüş boyu gənclər yerli sakinləri məlumatlandırmaq məqsədilə onlara Xocalı faciəsi barədə broşür, jurnal və digər əyani vəsaitlər paylayıblar.

Etiraz aksiyası Ermənistan səfirliyinin qarşısında erməni terrorizminə və işğala son qoymağa çağıran şüarların səsləndirilməsi ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti