...

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Vyanada aksiya və yürüş keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2015 10:58 (UTC +04:00)
Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi fevralın 21-də Vyana şəhərinin mərkəzində yerləşən Ştefan meydanında Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar kütləvi aksiya keçirib.
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Vyanada aksiya və yürüş keçirilib  (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi fevralın 21-də Vyana şəhərinin mərkəzində yerləşən Ştefan meydanında Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar kütləvi aksiya keçirib.

Trend xəbər verir ki, Ştefan meydanında qurulan çadırda Xocalı soyqırımını və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi barədə gerçəklikləri əks etdirən müxtəlif dillərdə kitablar, broşürlər və digər informasiya materialları nümayiş etdirilib.

Tələbə cəmiyyətinin üzvləri üzərində "Xocalıya ədalət" yazılmış böyük ölçülü şüarla meydandan keçən insanların diqqətini aksiyaya yönəldiblər, eləcə də Heydər Əliyev Fondu tərəfindən buraxılmış informasiya materiallarını və almanca hazırlanmış vərəqələri yerli sakinlər arasında yayıblar. Cəmiyyətin fəalları aksiyaya maraq göstərən insanlarla söhbət edərək, Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur olması, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Azərbaycanın münaqişənin sülh yolu ilə həll olunmasında göstərdiyi səylərdən bəhs ediblər.

Meydanda quraşdırılmış ekranlarda Xocalı soyqırımı haqqında video və fotomateriallar, sənədli filmlər nümayiş olunub.Sonra tədbir iştirakçıları Vyana şəhərinin mərkəzi küçələri ilə Ştefan meydanından Avstriya parlamentinin önünə qədər yürüş ediblər. Şəhərin mərkəzi küçələri, Prezident Administrasiyası, Nazirlər Kabineti, bir sıra nazirliklər və mühüm dövlət strukturları yerləşən məhəllə və insanların gur hərəkət etdikləri küçələrlə gedən aksiya iştirakçıları Xocalı faciəsi haqda informasiya vərəqələrini sakinlərə paylayıblar.Tədbir Avstriya parlamenti önündə yekunlaşıb. Xocalı şəhidlərinin ruhunu sükutla yad edən aksiya iştirakçıları parlamentin önündəki meydanda şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq şam düzüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti