Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımı barədə nəşr və videomateriallardan ibarət yeni toplu hazırlanıb (FOTO, VİDEO)

Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımı barədə nəşr və videomateriallardan ibarət yeni toplu hazırlanıb (FOTO, VİDEO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində yeni toplu nəşr olunub.

Fonddan Trend-ə bildiriblər ki, Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar hazırlanan "Xocalıya ədalət" adlı bu topluda dünya ictimaiyyətinə 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə baş verən cinayət barədə həqiqətlər çatdırılır.

Topluya Leyla Əliyevanın "Xocalıya ədalət" kampaniyası ilə bağlı video müraciətindən, Ermənistan silahlı qüvvələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının dinc əhalini qətlə yetirməsindən, Xocalı şəhərində soyqırımı törətməsindən bəhs edən sənədli filmdən ibarət 2 DVD, kitab, buklet, eləcə də Xocalıdakı hadisələrin fotoları, "Xocalıya ədalət" kampaniyasının yeni loqosu və promo məhsullarının olduğu fləşkart daxildir. Həmçinin topluda Xocalı soyqırımı ilə bağlı tərtib edilmiş elektron təqdimat (prezentasiya) da var. Hazır formada olan bu təqdimatdan müxtəlif maarifləndirmə tədbirləri zamanı, xüsusən də xarici auditoriya üçün geniş istifadə edilməsi nəzərdə tutulub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın video müraciətində 20-ci əsrdə dünyada baş vermiş və dünya ictimaiyyətinin qarşısını almaqda çətinlik çəkdiyi faciəvi hadisələrdən biri kimi Xocalı soyqırımına diqqət yönəldilir və Ermənistanın Azərbaycana qarşı təcavüzü çərçivəsində törədilmiş bu hadisənin təfərrüatları, baş verdiyi şərait və fəsadları barədə məlumat verilir. Müraciətdə törədilmiş əməllərə görə ədalətin təmin edilməsinin vacibliyi vurğulanır və son illər Xocalı soyqırımının tanınması istiqamətində dünya ictimaiyyətinin səylərinin artmasının, o cümlədən bir çox dövlətlərin qanunverici orqanlarında soyqırımı ilə bağlı qəbul olunan qətnamələrin bu baxımdan əhəmiyyəti qeyd olunur.

"1990-cı illərin əvvəlində Azərbaycan qonşu Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb və bunun nəticəsində bu gün də torpaqlarımızın 20%-i işğal altındadır. Müharibəyə gətirib çıxaran bu təcavüz 30 min insanın ölümünə, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün, minlərlə insanın isə itkin düşməsinə səbəb olub. Ermənistanın təcavüzü nəticəsində bir sıra cinayətlər törədilib, Xocalı şəhəri isə ən amansız və dəhşət dolu cinayətlərin qurbanı olub", - deyə Leyla Əliyeva dünya ictimaiyyətinə video müraciətində bildirib.

"Xocalı soyqırımı həm də öz həyatı naminə olsa belə qonşusunu, yaxınını, dostunu qırğınlardan müdafiə edən insanların mərdliyinin nümunəsidir. Hazırda biz bütün əzmimizi, dəyanətimizi cinayətkarların məsuliyyətə cəlb olunmasına, belə kütləvi vəhşilik və soyqırımının bir daha təkrarlanmaması istiqamətində səfərbər etməliyik. 20 ildən artıq müddət keçməsinə baxmayaraq, Xocalıda törədilən soyqırımına görə heç kəsin məsuliyyətə cəlb edilməməsi doğru hal deyildir. Baş verənlərə görə cəzasızlıq regionda sülhün əldə edilməsinə və ədalətin bərpa olunmasına əsas maneədir.

Müsbət haldır ki, Xocalıda ermənilərin törətdiyi soyqırımının beynəlxalq səviyyədə tanınması uğrunda başladığımız kampaniya son illər bir sıra dövlətlər tərəfindən dəstəklənib. Eləcə də bir sıra ölkələrin qanunverici orqanları Xocalı soyqırımını tanıyıb. Bu dəstək bizi ədalət uğrunda mübarizəni davam etdirməyə sövq edir. Və bu, bizdə ədalətin bərpa olunacağına, günahkarların məsuliyyətə cəlb ediləcəyinə ümid yaradır. Kampaniyaya göstərilən dəstəyə görə təşəkkür edirik və inanırıq ki, bu faciə barədə daha çox insan eşidəcək və bu ədalət kampaniyasına qoşulacaq.

Hər bir kəsi bu faciə barədə məlumatları öz ölkəsində yaymaq üçün bizim kampaniyaya qoşulmağa çağırıram. Hesab edirəm ki, sizin dəstəyinizlə Xocalıda ədalət bərpa olunacaq", - deyə Leyla Əliyeva bildirib.

Topluya daxil olan sənədli filmdə isə izləyicilərə Xocalı soyqırımının dünyada tanınmış digər soyqırımlar ilə oxşarlığı göstərilir, soyqırımının törədilməsi, miqyası, nəticələri barədə məlumatlar və xəritələr təqdim olunur.

"Xocalıya ədalət" adlı kitabda və bukletdə faciəyə dair fotolar, hadisənin törədildiyi gecə yaşanan qanlı cinayətlərə dair faktlar təqdim edilir. Kitabda, həmçinin Xocalıda törədilmiş əməllərin hüquqi qiymətləndirilməsi, Ermənistanın və onun rəsmilərinin məsuliyyətinin beynəlxalq hüquqi əsasları izah olunur. Bundan əlavə kitabda Xocalı soyqırımını işıqlandıran beynəlxalq mətbuat vasitələri, bu cinayəti soyqırımı kimi tanıyan ölkələr, həmçinin "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülən işlər təqdim olunur.

Nəsr olunan topluda "Xocalıya ədalət" kampaniyasının yeni loqosu da təqdim edilir. Kampaniyanın loqosu Xocalıda yarımçıq qalmış taleləri simvolizə edən, fevral ayında çiçək açan badam ağacının qopmuş çiçəyini özündə əks etdirir. Qeyd edək ki, badam çiçəkləməyə başlayan ilk ağacdır. Badam ağacı qış fəslinin sonunda çiçək açır və bu səbəbdən çoxları ona yazın müjdəçisi kimi baxır. Loqodakı badam çiçəyi Azərbaycanın Dağlıq Qarabağ regionunun qədim yaşayış məskəni olan Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin edilməsinə və bu cür qəddar əməllərin təkrar olunmamasına ümidi əks etdirir. Qopmuş ləçək həm də Azərbaycanın 20% ərazisinin işğal edildiyini göstərir.

İngilis və rus dillərində hazırlanan "Xocalıya ədalət" toplusu gələcəkdə digər dillərdə də təqdim olunacaq. Bu toplu Xocalı faciəsini dünyada tanıtmaq istəyənlər üçün həm də bir əyani vəsait rolu oynayacaq.

Xatırladaq ki, "Xocalıya ədalət" kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılıb. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. Bugünədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. "Xocalıya ədalət" kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb.

Bitkoinin qiyməti 51 320-yə yüksəlib
Bitkoinin qiyməti 51 320-yə yüksəlib
"Brent" markalı neftin qiyməti ötən ilin yanvarından ilk dəfə 70 dolları keçib
"Brent" markalı neftin qiyməti ötən ilin yanvarından ilk dəfə 70 dolları keçib
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - Nazirlik
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - Nazirlik
Loading Bars
Xəbər lenti
Blinken Əfqanıstan liderini BMT-nin təşkilatçılığı ilə sülh konfransı keçirməyə çağırdı
Venesuela prezidenti "Sputnik V" ilə aşılandıqdan sonra özünü yaxşı hiss etdiyini deyib
Bitkoinin qiyməti 51 320-yə yüksəlib
"Brent" markalı neftin qiyməti ötən ilin yanvarından ilk dəfə 70 dolları keçib
Cənubi Koreya ABŞ hərbçilərinin ölkədə saxlanmasına xərcləri artıracaq
Tramp vəzifəsindən getdikdən sonra Nyu-Yorka ilk səfərini edəcək
Ekvatorial Qvineyada dörd güclü partlayış olub, ən az 20 nəfər ölüb
Azərbaycanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib
Türkiyədə son sutkada koronavirusdan 7 785 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Atletiko" liderliyə davam edir
Bakıda avtoyuma məntəqəsində yanğın olub
Cüdo üzrə millimiz “Böyük dəbilqə” turnirini iki bürünc medalla başa vurub (FOTO)
"Liverpul" İngiltərə Premyer Liqasında ardıcıl altıncı ev məğlubiyyətini alıb
ÜST: Dünyada ötən sutka koronavirusa 478 mindən çox yoluxma qeydə alınıb
Güclü külək əsir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
Güclü külək paytaxt küçələrində fəsadlar törədib - FHN (FOTO/VİDEO)
Fransada hava bombasını zərərsizləşdirmə əməliyyatına görə 4,5 mindən çox insan təxliyə edilib
“Böyük dəbilqə”: Cüdoçumuz Məmmədəli Mehdiyev bürünc medala sahib olub
Azərbaycanın Zəfərinin arxasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasət dayanır - Deputat
YAP bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək - YAP İdarə Heyətinin üzvü
Respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı təşkil olunub
Azərbaycan təmsilçisi yüngül atletika üzrə Qış Avropa çempionatında ikinci yeri tutub
Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür - Vüqar Rəhimzadə
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanları başa çatıb
Ağdam rayonunun Suma kəndi (VİDEO)
6 partiyanın milli maraqlar naminə YAP-a qoşulması yeni siyasi həmrəylik modeli oldu - Pərvin Kərimzadə
İranda ötən sutkada 8 min nəfər koronavirusa yoluxub, 93 nəfər ölüb
Küveyt portalında Prezident İlham Əliyevin KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc olunub
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - Nazirlik
Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
Azərbaycan Ordusunda 9 000-ə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub - MN
Dənizdə dalğanın hündürlüyü 4,8 mətrə çatıb - Faktiki Hava
Rusiyada son sutkada 368 nəfər koronavirusdan ölüb
Hər bir vətəndaş əlindən gələni etməlidir ki, karantin qaydalarının sərtləşdirilməsinə getməyək - Adil Allahverdiyev
Bakıda güclü külək nəticəsində yük maşını aşıb (VİDEO)
Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir
Bakıda külək məktəbin damını uçurdu (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycanda peyvənd olunanların sayı 407 mini ötüb
Əfqanıstanda silahlılar hücum törədib, ölənlər var
A və B növü üzrə dövlət qulluğuna qəbul olmaq istəyən namizədlər test imtahanı verir
Füzuli rayonunun Qarakollu kəndi (VİDEO)
Braziliyada ötən sutka koronavirusdan 1 555 nəfər ölüb
Xızıda "VAZ" qarlı yolda qaldı, xilasedicilər 2 nəfər köməklik göstərib (VİDEO)
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə bütün ölkələrin COVİD-19 peyvəndi ilə təmin olunması barədə sənəd qəbul olunub - XİN
Paraqvay prezidenti etirazlar fonunda bütün nazirlərdən istefa vermələrini istədi
SOCAR Litva benzininin Ukraynaya əsas tədarükçüsü olub
İsraildə koronavirusa yoluxanların sayı 800 min nəfərə çatır
Bu gün ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində oxuyan şagirdləri üçün buraxılış imtahanı keçirilir
"Twitter"in qurucusunun ilk paylaşımının qiyməti onlayn-hərracda 2 milyon dollara çatıb
Fransada ötən sutka koronavirusa 23 mindən artıq yoluxma qeydə alınıb
Tramp respublikaçılara onun adından istifadə edərək vəsait toplamağı qadağan etdi
Çexiyanın sabiq prezidenti koronavirusdan sağalıb
İtaliya Çempionatı: "Yuventus" "Latsio"nu məğlub etdi
Britaniyada koronavirusa yoluxanların sayı 4,21 milyon nəfəri ötüb
Maduro koronavirusa qarşı peyvənd olundu
Mingəçevir Dövlət Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Türkiyədə koronavirusdan sağalanların sayı 2,61 milyon nəfəri ötüb
Dünyada ötən sutka koronavirusa 353 mindən çox yoluxma qeydə alınıb - ÜST
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar (FOTO)
Polşada sərnişin avtobusu qəzaya uğrayıb: 5 ölü, 40 yaralı
Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar (FOTO)
Direktorluğa qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb
Xəzərdə dalğanın hündürlüyü 7,5 metrə çatacaq
"Buta Airways" Kiyevə uçuşları bərpa edəcək
Dalay Lama koronavirusa qarşı peyvənd olundu
Lənkəranda birmərtəbəli ev yanıb
Bu səfərlər əsnasında əcnəbi diplomatlar erməni cinayətlərinin ağır nəticəsini öz gözləri ilə görürlər - Cəlil Xəlilov
Yeni Zelandiya sahillərində 6,2 bal gücündə zəlzələ olub
İndoneziyada bir sutkada koronavirusa 5 767 yoluxma qeydə alınıb
Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq - Ərdoğan
"Air France"ın təyyarəsi Sofiyada təcili eniş edib
“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib (FOTO)
AXC-Müsavat cütlüyünün xəyanətlərindən biri də 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməməsi idi - Deputat
Qadınların məşğulluq imkanlarının genişləndirilməsi üçün qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb
Azərbaycanda 353 nəfər COVID-19-a yoluxub, 149 nəfər sağalıb, 3 nəfər vəfat edib
AQTA 23.760 kq sümüksüz dondurulmuş hind quşu məhsulunu məhv edib
Tərtərdə oğurluq edən şəxslər saxlanılıb (FOTO)
Bakıda çirkab suların gölə axıdılması faktı aşkar edilib (FOTO)
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb
AzTV daha bir layihəyə start verir
Cəbrayıl rayonunun Papı kəndi (VİDEO)
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
Afrikada yenidən Ebola virusu yayılmağa başlayıb
Finlandiyada seçkilər təxirə salındı
Prezident İlham Əliyev 17 ildə Azərbaycanı müasir, güclü dövlətə çevirdi - Komitə sədri
Polis itkin düşən 2 yaşlı uşağın həyatını xilas edib (FOTO)
İranda ötən sutkada 82 nəfər koronavirusdan ölüb
AQTA ictimai iaşə müəssisələrində nöqsanlar aşkarlayıb - SİYAHI
Yerevanda prezident administrasiyasına və parlamentə doğru yürüş başlayıb
Koçaryan və Sarkisyan kimi canilər Qarabağdakı vəziyyəti əsla dəyişə bilməz – Deputat
Formula 1 üzrə dünya çempionatının yarış cədvəlində dəyişiklik edilib
Siyasi partiyaların YAP-a qoşulması milli birliyimizin nümunəsidir - Naqif Həmzəyev
Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Ermənistanda siyasi gərginlik - Antirusiya meyilləri artır
“Oba” marketdə nöqsanlar aşkarlanıb (FOTO)
Yerevanda keçmiş hərbçilər Müdafiə Nazirliyinin qarşısında akiya keçirir
Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası təsdiqlənib
Bütün xəbərlər