...

Berlində Xocalı soyqırımına həsr edilmiş nümayiş (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2015 14:00 (UTC +04:00)
Ermənistana qarşı sanksiyaların tətbiqi, Xocalı soyqırımının tanınması tələb edilib.
Berlində Xocalı soyqırımına həsr edilmiş nümayiş (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Xocalı soyqırımının 23-ci ildönümü ilə əlaqədar Berlin Azərbaycan Evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı, Azərbaycan Tələbə Şəbəkəsinin iştirakı ilə Berlində - Brandenburq qapıları qarşısında etiraz nümayişi keçirilib.

Trend-in məlumatına görə, aksiyada Milli Məclisin deputatları Siyavuş Novruzov, Rauf Əliyev və Xanlar Fətiyev iştirak ediblər.

S.Novruzov çıxışında Xocalı soyqırımından, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanmasından danışıb, Avropa ictimaiyyətindən Xocalı soyqırımının tanınmasını tələb edib.

Xocalı soyqırımının canlı şahidi, "Erməni Təcavüzünün Tanıdılması" İctimai Birliyinin sədri, yazıçı-jurnalist Səriyyə Cəfərova, Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür, NRV Alman Azərbaycan Dostluq Cəmiyyətinin həmsədri Faiq Məmmədov, Bilefeld Atatürkçü Düşüncə Mərkəzinin sədri Mehmeteli Ölməz, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli çıxışlarında Avropada Türkiyə və Azərbaycan xalqlarına qarşı ikili standartların olduğunu vurğulayaraq, Azərbaycan dövlətinin artan iqtisadi və siyasi gücündən danışıblar. Çıxışlarda Ermənistana qarşı sanksiyaların tətbiqi, Xocalı soyqırımının tanınması tələb edilib.

Tədbirdə Xocalı faciəsini əks etdirən fotomateriallar, erməni millətçilərin qanlı hərəkətlərini ifşa edən plakat və "Xocalıya ədalət" kampaniyasının nəşrləri nümayiş etdirilib. İştirakçılara Xocalı faciəsi, Dağlıq Qarabağ münaqişəsi, "Xocalıya ədalət" kampaniyası haqqında alman və ingilis dillərində məlumatlandırıcı vərəqələr paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti