...

Norveç parlamentinə Xocalı faciəsinin soyqırım kimi tanınması ilə bağlı sənəd təqdim edilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2015 16:01 (UTC +04:00)
Norveç parlamenti qarşısında Xocalı aksiyası keçirilib.
Norveç parlamentinə Xocalı faciəsinin soyqırım kimi tanınması ilə bağlı sənəd təqdim edilib (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İlkin İzzət/

Norveç parlamenti qarşısında Xocalı aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin təşkilatçılığı ilə Norveç parlamenti - Stortingetin binası qarşısında Xocalı soyqırımı qurbanlarını anma aksiyası keçirilib.

Oslo Azərbaycan Evinin sədri Ramil Əliyev bildirib ki, tədbirdə Norveçdə yaşayan azərbaycanlılar faciə qurbanlarının xatirəsini yad edərək Azərbaycan həqiqətlərini yerli ictimaiyyətə çatdırmağa çalışıblar. Aksiyanın sonunda Xocalı faciəsinin soyqırım kimi tanınması, hadisəyə hüquqi və siyasi qiymət verilməsi, səbəbkarların cəzalandırılması tələbi əks olunmuş müraciət qəbul olunub. Müraciət Norveç parlamentinin sədrinə və parlamentin hüquq komitəsinə təqdim edilib.

Parlamentin qarşısındakı piketdən sonra aksiya iştirakçıları "Xocalıya ədalət!" şüarı səsləndirərək Oslonun mərkəzi küçəsi ilə yürüş ediblər.

Aksiyaya NAYO və Oslo Azərbaycan Evinin əməkdaşlıq etdiyi türk, çeçen icmalarının nümayəndələri və azərbaycanlıların dostu olan norveçlilər də qatılıblar.

Aksiyanın iştirakçıları yerli sakinlərə Xocalı soyqırımı və erməni vəhşilikləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatların əks olunduğu vərəqə və broşürlər paylayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti