...

İqor Popov: Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün gündəliyi üzərində işləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyun 2015 13:06 (UTC +04:00)
Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı tərəflər yenidən görüşmək istəklərini təsdiqləyiblər və ATƏT-in Minsk qrupu qarşıdakı görüşün gündəliyi üzərində işləyir.
İqor Popov: Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün gündəliyi üzərində işləyir

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir Cəmilə Əliyeva/

Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı tərəflər yenidən görüşmək istəklərini təsdiqləyiblər və ATƏT-in Minsk qrupu qarşıdakı görüşün gündəliyi üzərində işləyir.

Trend-in məlumatına görə, bunu Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Bakıda jurnalistlərə deyib.

O bildirib: "Biz görüşün gündəliyi üzərində işləyirik. Bu və ya gələn ay regiona səfər etməyə və təfərrüatları müzakirə etməyə hazırlaşırıq".

İ.Popovun sözlərinə görə, bu gün böyük hadisə baş verdi: "Bakı ətrafında qaçqın qəsəbəsinə yenidən baş çəkmək imkanı yarandı".

Rusiyalı həmsədr diqqətə çatdırıb ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov hökumətin qaçqın və məcburi köçkünlər üçün əlverişli şəraitin yaradılması üzrə səyləri barədə danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti