...

Cəbhə xəttində monitorinq keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Avqust 2015 10:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Cəbhə xəttində monitorinqin keçiriləcəyi gözlənilir. Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 14-də Gədəbəy rayonunun Novoivanovka kəndi yaxınlığındakı təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti