...

Cəbhədə monitorinq insidentsiz başa çatıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Avqust 2015 14:46 (UTC +04:00)
Cəbhə bölgəsində monitorinq keçirilib.
Cəbhədə monitorinq insidentsiz başa çatıb

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir Elmir Murad/

Cəbhə bölgəsində monitorinq keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq Gədəbəy rayonunun Novoivanovka kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilib.

Məlumatda bildirilir ki, monitorinq insidentsiz başa çatıb.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti