...

Pan Gi Mun: Azərbaycan və Ermənistan prezidentlərinin görüşü sülh prosesini yaxınlaşdıracaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Dekabr 2015 00:43 (UTC +04:00)
BMT-nin baş katibi Pan Qi Mun Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın 19-da Berndə keçirdiyi görüşünün tərəfləri sülh prosesinə yaxınlaşdıracağına ümid etdiyini bildirib
Pan Gi Mun: Azərbaycan və Ermənistan prezidentlərinin görüşü sülh prosesini yaxınlaşdıracaq

Bakı. Trend:

BMT-nin baş katibi Pan Qi Mun Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın 19-da Berndə keçirdiyi görüşünün tərəfləri sülh prosesinə yaxınlaşdıracağına ümid etdiyini bildirib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

"Görüş tərəflərə atəşkəs rejiminin pozulması hallarının və dinc əhali arasında qurbanların sayının azaldılmasına dair addımların müzakirə edilməsinə, sülh prosesinin yaxınlaşdırılması üçün yolların müəyyən edilməsinə imkan yaradıb", deyə BMT-nin baş katibi bildirib.

Pan Qi Mun həmçinin İsveçrədə görüşü təşkil etmiş ATƏT Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini qeyd edib. Pan Gi Mun, Bakı və İrəvanı gərginliyin daha da azaldılması məqsədi ilə Minsk Qrupu ilə sıx əməkdaşlığa və gərginliyin artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti