Bakı. Trend:
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Moskvada iranlı həmkarı İbrahim Rəhimpur ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in məlumatında deyilir.
Məlumatda deyilir: "Regional gündəmin bəzi məsələləri üzrə fikir mübadiləsi aparılıb. Cənubi Qafqazdakı vəziyyətə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına xüsusi diqqət yetirilib".