...

Kiyevin mərkəzində Xocalı soyqırımına dair bilbord yerləşdirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2016 14:08 (UTC +04:00)
Kiyevin mərkəzi Xreşatik küçəsində Xocalı soyqırımına dair bilbord yerləşdirilib.
Kiyevin mərkəzində Xocalı soyqırımına dair bilbord yerləşdirilib (FOTO)

Bakı-Trend:

Kiyevin mərkəzi Xreşatik küçəsində Xocalı soyqırımına dair bilbord yerləşdirilib.

Trend-in məlumatına görə, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın sədri Elmar Məmmədovun təşkilatçılığı ilə yerləşdirilən informasiya xarakterli bilbordda erməni vəhşiliyi vurğulanıb.

E.Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, informasiya bannerində Xocalı soyqırımının simvolu olan "Ana Fəryadı" heykəli əksini tapıb və ümummilli lider Heydər Əliyevin soyqırıma dair fikirləri yer alıb: "Məqsədimiz Xocalı soyqırımını həm Ukrayna, həm də Kiyevdə olan digər əcnəbi vətəndaşlara çatdırmaqdır".

Onun sözlərinə görə, Xocalı soyqırımına dair bilbordların Ukraynanın digər şəhərlərində də yerləşdirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti