...

Niderland parlamentinə Xocalı soyqırımı ilə bağlı müraciət ünvanlanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Fevral 2016 14:59 (UTC +04:00)
“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar Niderland Krallığında fəaliyyət göstərən bütün siyasi müəssisə və təşkilatlara, eləcə də Niderland Krallığı Parlamentinin Xarici İşlər üzrə komissiyasının rəhbəri xanım Anjelina Eijsinkə və digər üzvlərə muraciət ünvanlayıb.
Niderland parlamentinə Xocalı soyqırımı ilə bağlı müraciət ünvanlanıb

Bakı. Trend:

"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar Niderland Krallığında fəaliyyət göstərən bütün siyasi müəssisə və təşkilatlara, eləcə də Niderland Krallığı Parlamentinin Xarici İşlər üzrə komissiyasının rəhbəri xanım Anjelina Eijsinkə və digər üzvlərə muraciət ünvanlayıb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Müraciətdə 24 il əvvəl erməni təcavüzkarlarının Xocalıda törətdiyi qətliam haqqında məlumat verilib. Bu soyqırımın ermənilərin azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə və soyqırım siyasətinin bir nümunəsi olmasına baxmayaraq, Ermənistan Respublikasının bu cinayətə görə heç bir beynəlxalq səviyyəli təşkilat tərəfindən məsuliyyətə cəlb edilməməsi diqqətə çatdırılıb.

Müraciətdə BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qərarı ilə qəbul olunmuş və 1951-ci ildə qüvvəyə minmiş Konvensiyası əsas gətirilərək, baş vermiş bu dəhşətli hadisənin soyqırım adlandırılması tələb olunub.

Müraciətdə həmçinin bildirilir ki, Xocalı qətliamı öncədən planlaşdırıldığına görə və insanlar etnik mənsubiyyəti səbəbindən məhv edildikləri üçün bu cinayətlər beynəlxalq və milli hüquq normalarına əsasən soyqırım kimi qiymətləndirilməlidir. Ermənistan separatçıları tərəfindən törədilmiş vandalizm və zorakılıq aktları soyqırım olaraq qəbul edilməlidir.

Bundan başqa, təşkilat üzvləri Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə qoyulmuş abidəni ziyarət ediblər. Haaqa-Azərbaycan məktəbinin şagirdləri Xocalı hadisələri haqqında məlumatların əks olunduğu broşürləri ətraf qəsəbələrin sakinlərinə paylayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti