...

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Aİ üçün əsas prioritet olaraq qalır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Fevral 2016 19:48 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həlli Avropa İttifaqı üçün əsas prioritet olaraq qalır.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Aİ üçün əsas prioritet olaraq qalır

Bakı. Səba Ağayeva - Trend:

Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həlli Avropa İttifaqı üçün (Aİ) əsas prioritet olaraq qalır.

Trend-in məlumatına görə, bunu Bakıda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini deyib.

O, qeyd edib ki, ATƏT-in Minsk qrupu hər kəsin razılıq verdiyi, BMT Təhlükəsizlik Şurasının təqdir etdiyi formatdır.

Xanım F.Moqerinin sözlərinə görə, Aİ sülh quruculuğuna və münaqişə nəticəsində ayrı düşmüş insanlar arasında birbaşa əlaqələrin qurulmasına istiqamətlənmiş bütün fəaliyyətləri dəstəkləməyə davam edəcək.

Ali nümayəndə bildirib ki, bu cür fəaliyyətlər və Minsk qrupunun səyləri arasında ziddiyyət yoxdur; hər ikisi uzunmüddətli barışıq üçün əhəmiyyətlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti