Bakı. Anaxanım Hidayətova - Trend:
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Dağlıq Qarabağ münaqişəsi tərəflərini Novruz və Pasxa bayramları ərəfəsində atəşkəs rejiminə əməl etməyə və tərəflər arasında gərginliyin artmasına səbəb ola biləcək hər cür hərəkətlərdən qaçınmağa çağırıb.
Bu barədə Trend A.Kaspşikin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son monitorinqin yekunları üzrə bəyanatına istinadən xəbər verir.
Bəyanatda deyilir: "Tərəflər sərhəddəki son hadisələr barədə məni məlumatlandırdılar, onların şikayətini dinlədim. Hər iki tərəf kəndlərin qoşunların təmas xəttinə yaxın yerləşmələrini qeyd ediblər. Sərhədyanı zonaların sakinləri atəşkəs rejiminin pozulmasından çox əziyyət çəkirlər".