...

Sergey Markov: Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində mövqeyi məntiqlidir və ədalətlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Aprel 2016 13:19 (UTC +04:00)
Vəziyyətin düzəldilməsini tələb edən Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində mövqeyi məntiqlidir və ədalətlidir.
Sergey Markov: Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində mövqeyi məntiqlidir və ədalətlidir

Bakı. Elmira Tariverdiya, Aygün Bədəlova - Trend:

Vəziyyətin düzəldilməsini tələb edən Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində mövqeyi məntiqlidir və ədalətlidir. Üstəlik bununla bağı BMT-nin qətnamələri var. Bunu Trend-ə Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.

Onun fikrincə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində indiki toqquşmalar Minsk qrupunu hərəkətə keçməyə və danışıqlar prosesinin donunu açmağa məcbur edəcək.

Bir çox Rusiya KİV-ində Azərbaycan əleyhinə qeyri-obyektiv mövqe sərgilənməsinə münasibət bildirən S.Markov bildirib: "Bu dəfə Rusiya informasiya məkanında həm erməniyönümlü, həm də Azərbaycanyönümlü, eləcə də neytral mövqe və şərhlər təqdim edilməsinə baxmayaraq, Azərbaycanın mövqeyi sonadək göstərilməyib. Hərçənd daha əvvəllər erməniyönümlü məlumatlar dominantlıq etsə də, hazırda bu baş vermir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti