Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin cənub-şərqində keçirilmiş xüsusi əməliyyat nəticəsində 7 snayper məhv edilib. Türkiyənin xüsusi xidmət orqanlarının məlumatına görə, onlar Azərbaycanın işğal edimiş ərazilərində Azərbaycan Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak ediblər.
Bu barədə Trend "TGRThaber" telekanalına istinadən məlumat verir.
Onlar, həmçinin Dağlıq Qarabağda erməni qanunsuz silahlı qruplaşmalarına təlim keçiblər.
Məhv edilmiş yaraqlıların ASALA erməni terror təşkilatı ilə bağlı sıx əlaqələrinin olduğu bildirilir.