...

Moqerini: Dağlıq Qarabağda olan hadisələr uzanan münaqişənin nə qədər təhlükəli ola biləcəyini göstərir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Aprel 2016 23:49 (UTC +04:00)
Dağlıq Qarabağda olan hadisələr uzanan münaqişənin nə qədər təhlükəli ola biləcəyini göstərir
Moqerini: Dağlıq Qarabağda olan hadisələr uzanan münaqişənin nə qədər təhlükəli ola biləcəyini göstərir

Bakı. Trend:

Dağlıq Qarabağda olan hadisələr uzanan münaqişənin nə qədər təhlükəli ola biləcəyini göstərir.

Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında deyib.

"Ötən ay Ermənistan və Azərbaycana səfərim zamanı Dağlıq Qarabağda olan vəziyyət mənim diqqət mərkəzimdə olub. Sonuncu dəfə plenar iclasda bu məsələ 2011-ci ildə müzakirə olunub. İndi bu məsələni müzakirə etmək çox faydalı olacaq, çünki Dağlıq Qarabağda olan hadisələr uzanan münaqişənin nə qədər təhlükəli ola biləcəyini göstərir", - deyə Moqerini bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı münaqişənin nizamlanması üçün səylərini artıracaq: "Bu münaqişə regional təhlükəsizlik üçün təhlükə yaratmağa davam edir, hər iki ölkənin və bütün regionun inkişafı üçün maneədir. Cənubi Qafqaz Avropa İttifaqı üçün vacib bir regiondur, çünki o, Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşir".

Moqerini bildirib ki, irimiqyaslı münaqişə heç kimin maraqlarına cavab vermir. "İndi hamı anlayır ki, status-kvo yalnız daha böyük zorakılığa gətirib çıxara bilər", - deyə Moqerini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti