...

Ekspert: Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq ictimaiyyətin müdaxiləsini tələb edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 May 2016 14:59 (UTC +04:00)
Əsas geosiyasi oyunçuların istəyi olmayanadək Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalacaq.
Ekspert: Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq ictimaiyyətin müdaxiləsini tələb edir

Bakı. Anaxanım Hidayətov - Trend:

Əsas geosiyasi oyunçuların istəyi olmayanadək Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalacaq.

Bunu Trend-ə Avropa Geosiyasi Təhlil Mərkəzinin direktoru, polşalı ekspert Mateuş Piskorski Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada gözlənilən görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, danışıqların bərpa olunması və gərginliyin minimum həddə çatdırılmasına səy göstərilməsi heç şübhəsiz ki, müsbət amildir.

Ekspert qeyd edib: "Düşünürəm ki, münaqişə ABŞ, Avropa İttifaqı, Türkiyə və Rusiya daxil olmaqla bütün geosiyasi oyunçuların iştirakını və siyası iradəsini tələb edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti