...

"Baku Network" ekspert qrupu Vyanada Qarabağ üzrə görüşün nəticələrini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 May 2016 12:01 (UTC +04:00)
"Baku Network" ekspert qrupunda mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi üzrə keçirilmiş görüşünə həsr edilmiş müzakirələr baş tutub.
"Baku Network" ekspert qrupu Vyanada Qarabağ üzrə görüşün nəticələrini müzakirə edib

Bakı. Trend:

"Baku Network" ekspert qrupunda mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi üzrə keçirilmiş görüşünə həsr edilmiş müzakirələr baş tutub.

Trend-in məlumatına görə, müzakirələrdə "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov, politoloq Murad Sadəddinov, Trend İnformasiya Agentliyinin rus xəbərlər xidmətinin rəhbəri Elmira Tarıverdiyeva və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İslam Mustafayev iştirak ediblər.

Ekspertlərin fikrincə, bu görüş o baxımdan maraqlıdır ki, Azərbaycanın tələbləri haqlıdır və Bakı üçün danışıqlar prosesini davam etdirmək vacibdir. Bakı beynəlxalq ictimaiyyətə şans verib ki, Ermənistanı sülhə razı salmağa nail olsun.

Görüşdə həmçinin qeyd olunub ki, Ermənistanın yenidən danışıqlar masasına qayıtması nikbinlik üçün əsas verir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanacağına ümid verir.

Ekspertlərin fikrincə, bölgədə status-kvo qoşunların təmas xəttindəki aprel hadisələrindən sonra dəyişib, Azərbaycan öz üstünlüyünü göstərib və hazırda Yerevana yekunda möhkəm sülhə gətirib çıxarmalı olan danışıqlardan qaçmaq getdikcə çətinləşir.

http://bakunetwork.com

Bizi Facebook -dan, Twitter -dən və Youtube -dan izləyin

Məqalədə:
Xəbər lenti

Xəbər lenti