...

Uorlik: Prezidentlərin Dağlıq Qarabağ üzrə növbəti görüşü hərtərəfli sülhə doğru vacib addım olacaq (ÖZƏL)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyun 2016 14:32 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ üzrə növbəti görüşü hərtərəfli sülhə doğru vacib addım olacaq.
Uorlik: Prezidentlərin Dağlıq Qarabağ üzrə növbəti görüşü hərtərəfli sülhə doğru vacib addım olacaq (ÖZƏL)

Bakı. Anaxanım Hidayətova, Elmira Tariverdiyeva - Trend:

Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ üzrə növbəti görüşü hərtərəfli sülhə doğru vacib addım olacaq. Bunu Trend-ə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, ötən gün Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Minsk qrupunun həmsədrlərinin görüşü oldu, görüşdə prezidentlərin mayın 16-da keçirilmiş Vyana görüşünün yekunları, növbəti görüşə hazırlıq məsələləri müzakirə olunub: "Biz iyunun ikisində Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla eyni məsələləri müzakirə etmək üçün görüşəcəyik. Azərbaycan XİN rəhbəri ilə ATƏT-in araşdırma üzrə mexanizmlərinin yaradılması barədə təkliflə bağlı fikir mübadiləsi apardıq və hərtərəfli nizamlanmanın elementlərini müzakirə etdik".

C.Uorlik qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün dəqiq tarixinin hələ olmamasına baxmayaraq, ATƏT-in Minsk qrupu gözləyir ki, o, iyun ayında keçiriləcək.

Onun sözlərinə görə, görüş tərəflər üçün atəşkəs rejiminə hörmətin artması, araşdırma mexanizmləri üzrə sazişin əldə edilməsi və hərtərəfli nizamlamaya gətirib çıxara biləcək danışıqlara razılıq baxımından vacib önəm kəsb edəcək: "Həmsədrlər sülh və möhkəm nizamlanmanın irəli aparılması üçün tərəflərlə işi davam etdirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti