...

"BMT İnsan Hüquqları Şurası azərbaycanlı məcburi köçkünlərin hüquqlarının bərpasında fəal rol oynamalıdır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyun 2016 14:48 (UTC +04:00)
İnsan hüquqlarının qorunmasının təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritetlərindən birinə çevrilib.
"BMT İnsan Hüquqları Şurası azərbaycanlı məcburi köçkünlərin hüquqlarının bərpasında fəal rol oynamalıdır"

Bakı. Elmira Tariverdiyeva - Trend:

İnsan hüquqlarının qorunmasının təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biridir.

Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın qanunverici və icra orqanları bu istiqamətdə müvafiq addımlar həyata keçirir.

M.Məmməd-Quliyev qeyd edib ki, Azərbaycan BMT-nin İnsan Hüquqları Şurası ilə əməkdaşlığa xüsusi önəm verir: "Azərbaycan BMT-nin insan haqları üzrə müvafiq orqanları ilə sıx əməkdaşlıq edir və müvafiq beynəlxalq sənədlərdə nəzərdə tutulmuş hüquq və azadlıqların həyata keçirilməsi üçün görülmüş tədbirlər barədə məruzələri mütəmadi təqdim edir".

Onun sözlərinə görə, Dağlıq Qarabağın daxilində və ətrafında davam edən silahlı münaqişə Ermənistanın indiki işğal edilmiş ərazilərimizdə yaşamış 1 milyondan çox azərbaycanlıya qarşı etnik təmizləmə aparmasına gətirib çıxardı: "BMT-nin İnsan Hüquqları Şurası və onun xüsusi mexanizmləri azərbaycanlı məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpa edilməsində daha fəal rol oynamalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti