...

Düşmən atəşkəsi pozmaqda davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Avqust 2016 09:44 (UTC +04:00)
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub.
Düşmən atəşkəsi pozmaqda davam edir

Bakı. Trend:

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti