...

Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi üzrə vəziyyətin sabitləşməsi üçün yorulmadan çalışır (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2016 19:44 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri vəziyyətin sabitləşməsi və danışıqlar prosesində irəliləyiş üçün yorulmadan çalışıb və bu səylər davam etdirilir.
Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi üzrə vəziyyətin sabitləşməsi üçün yorulmadan çalışır (YENİLƏNİB)

Bakı. Trend:

2016-cı ilin aprelində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginlikdən sonra 6 ay ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri vəziyyətin sabitləşməsi və danışıqlar prosesində irəliləyiş üçün yorulmadan çalışıb və bu səylər davam etdirilir.

Trend-in ATƏT-ə istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur: "Adəti üzrə tərəflər təmas xəttindəki vəziyyət, o cümlədən atəşkəs rejiminin pozulması haqqında məlumatları təqdim edirlər. Bu məlumatlar həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədri daxil olmaqla, Minsk qrupunun üzvlərinə çatdırılır. Bizim iştirakımız zamanı baş verən atəşkəs rejiminin pozulması hallarını həmişə qeydə alırıq. Əks halda yerli hərbçilərin təqdim etdiyi məlumatlara əsaslanırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti