Bakı. Anaxanım Hidayətova - Trend:
ATƏT Minsk qrupunun fransalı həmsədrinin dəyişməsi xüsusi səbəblərlə bağlı deyil. Bunu Trend-ə Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez deyib.
O qeyd edib ki, əvvəlki həmsədr Pyer Andryönin mandatı başa çatıb və onun yerinə Stefan Viskonti təqdim olunub.
Səfir deyib ki, Viskonti təcrübəli diplomatdır: "Fransa Minsk Qrupunda fəaliyyət göstərmək üçün yalnız təcrübəli diplomatları göndərir.”
Fransa səfiri S.Viskontinin artıq işə başladığını deyib.