...

İndoneziya Parlamentinin Komissiyası Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2017 15:05 (UTC +04:00)

Bakı. Trend:

İndoneziya Parlamentinin xarici əlaqələr üzrə Birinci Komissiyası Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar xüsusi bəyanat yayıb.

Bu barədə Trend-ə Azərbaycanın İndoneziyadakı səfirliyindən məlumat verilib.

Bəyanatda deyilir:

""Xocalı Soyqırımı" Azərbaycan xalqının müstəqilliyinin ilk dövründə üzləşdiyi ən ağrılı yaradır. Birinci Komissiya, dünya üzrə müxtəlif sahələrin və müstəvilərin mənsubları – tələbələr, sənətçilər, akademiklər, jurnalistlər, siyasətçilər, rəhbərlər və insan haqları müşahidəçiləri ilə birgə “Xocalı Soyqırımı”nın arxasındakı həqiqətləri, motivləri və tətbiq üslubunu öyrəndikdən sonra qərara gəlmişdir ki, bu yalnız Azərbaycan xalqının yarası deyil, eyni zamanda bütün dünyanın acısı və bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Birinci Komissiya İndoneziya-Azərbaycan ikitərəfli əlaqələrinə qardaşlıq çərçivəsində baxır. Biz inanırıq ki, gerçək qardaşlığın inşası biri birlərinin ağrılarını öyrənməkdən, mənəvi dayaq olmaqdan və lazim gələrsə tətbiqi dəstək verməkdən keçir.

Nümayəndələr Palatasının sabiq spikeri Marzuki Əlidən sitat gətirilərək bir daha vurğulanır ki, İndoneziyanın qanunverici orqanı hökumətdən Ermənistan ilə Azərbaycan arasındakı münaqişə həll olunana qədər Ermənistanda diplomatik nümayəndəlik açmamağı tələb edir.

İndoneziya xarici siyasətinin Xocalı Soyqırımı məsələsinə qarşı münasibətinin davamı olaraq, Palatanın Birinci Komissiyası öz dörd əsas məqamlarını bir daha vurğulayır:

Birinci Komissiya Azərbaycanın ərazi bütövlüyünə hörmət edir, insanlıq və ədalətə yaraşmayan təcavüzün bütün formalarını qınayır. Azərbaycan Respublikasına qarşı təcavüz baş verərkən artıq bu ölkə (Azərbaycan) müstəqil idi. Bütün dövlətlər Azərbaycanın suverenliyinə və müstəqilliyinə hörmət etməlidir.

Birinci Komissiya Azərbaycan Respublikasının müsəlman olduqlarına görə xüsusi zəmində qətlə yetirilmiş yüzlərlə vətəndaşlarına öz başsağlığını və rəğbətini ifadə edir. Ermənistanın işğalının nəticəsi olaraq bir milyondan artıq azərbaycanlı öz tarixi torpaqlarından qovulmuş və məcburi köçkünə çevrilmişdir.

İndoneziya Ermənistanı BMT TŞ-nın qətnamələrini (822, 853, 874 və 884) yerinə yetirməyə çağırır. Hansi ki, bu qətnamələr Ermənistandan qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən (Dağlıq Qarabağdan) dərhal çıxarılmasını tələb edir. Beynəlxalq ictimaiyyətin üzvü olaraq İndoneziya Ermənistanla Azərbaycan arasında davam edən münaqişənin ən yaxşı həllinə ümid edir.
Birinci Komissiya İndoneziya hökumətinə çağırış edir ki, Ermənistan və Azərbaycan ilə ikitərəfli münasibətlərdə İndoneziyanın xarici siyasət kursuna uyğun olaraq Xocalı soyqırımını unutmamalı, heç vaxt bu mövqedən dönməməli və hər iki tərəfə münaqişəni sülh yolu ilə həll etmək üçün təkan verməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti