...

NATO Ermənistanda minalardan təmizləmə aparılacağı barədə Müdafiə Nazirliyinin bəyanatını təkzib edib (ÖZƏL)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 May 2017 12:55 (UTC +04:00)
NATO mina təhlükəsizliyi məsələləri ilə bağlı Ermənistan əhalisinin maarifləndirilməsi ilə məşğul olacaq, amma minalardan təmizləmə bu layihənin tərkib hissəsi deyil
NATO Ermənistanda minalardan təmizləmə aparılacağı barədə Müdafiə Nazirliyinin bəyanatını təkzib edib (ÖZƏL)

Bakı. Elmira Tariverdiyeva - Trend:

NATO mina təhlükəsizliyi məsələləri ilə bağlı Ermənistan əhalisinin maarifləndirilməsi ilə məşğul olacaq, amma minalardan təmizləmə bu layihənin tərkib hissəsi deyil.

Bunu Trend-ə Alyansın mətbuat xidmətinin nümayəndəsi deyib.

Ötən gün Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi yaxın iki ay ərzində Ermənistan və NATO arasında Etimad Fondu yaradılacağını və bu layihə çərçivəsində sərhədyanı rayonlarda minalardan təmizləmə proqramının icra olunacağını demişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti