...

Zakir Qaralov: Azərbaycanda korrupsiyaya qarşı mübarizə daim gücləndirilir (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyun 2017 11:54 (UTC +04:00)
Azərbaycanda korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.
Zakir Qaralov: Azərbaycanda korrupsiyaya qarşı mübarizə daim gücləndirilir (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Azərbaycanda korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

Trend-in məlumatına görə, bunu Baş Prokuror Zakir Qaralov Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin və Ombudsmanlarının 3-cü Görüşündə çıxışı zaman deyib.

Z.Qaralov vurğulayıb ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericilik beynəlxalq hüquqa uyğunlaşdırılıb və tam təkmilləşdirilib, işlək istitusional mexanizm yaradılıb və onun səmərəliliyi təmin edilib:

“Ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində üç milli fəaliyyət planının icrası başa çatdırılıb. Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün milli fəaliyyət planı isə hazırda uğurla icra edilməkdədir”.

Baş prokuror əlavə edib:

"Bu gün tam əminliklə demək olar ki, Azərbaycanda korrupsiyaya qarşı səmərəli mübarizə üçün bütün qanunlar mövcuddur. Ölkədə həyata keçirilən korrupsiyaya qarşı uğurlu strategiya nəticəsində əldə edilən yüksək nəticələr artıq nəinki ölkə daxilində, hətta beynəlxalq miqyasda da tanınır, mötəbər beynəlxalq qurumlar ölkəmizdə korrupsiyaya qarşı mübarizəni yüksək qiymətləndirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti