...

Fransa qəzeti: Fransa Ermənistanı beynəlxalq hüquqa hörmət etməyə məcbur etməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2017 15:08 (UTC +04:00)
Fransa Ermənistanı beynəlxalq hüquqa hörmət etməyə məcbur etməlidir
Fransa qəzeti: Fransa Ermənistanı beynəlxalq hüquqa hörmət etməyə məcbur etməlidir

Bakı. Yelena Kosolapova - Trend:

Fransa Ermənistanı beynəlxalq hüquqa hörmət etməyə məcbur etməlidir.

Trend-in məlumatına görə, bunu fransalı jurnalist Anri Furkadis “Mediapart” qəzetində “Zəhra: Azərbaycan və Ermənistan arasında münaqişənin yeni qurbanı – Yerevan müqəssirdir” məqaləsində yazıb.

Müəllif qeyd edir ki, təxribatları davam etdirən Ermənistan iki yaşlı azərbaycanlı qızın və onun nənəsinin ölümündə məsuliyyət daşıyır.

A.Furkadis yazır ki, beynəlxalq hüquq normaları çərçivəsində sanksiyalar olmasına baxmayaraq, Ermənistan heç bir cəza almadan fəaliyyətini davam etdirir:

“ATƏT tərəfindən edilən ittihamlara baxmayaraq, Yerevan Dağlıq Qarabağı “erməniləşdirməyə” davam edir və regionda Azərbaycan irsinin izlərini silməklə etnik təmizləmələr aparır”.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti