...

Şəhidin medalı ailəsinə təqdim olunub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyul 2017 16:05 (UTC +04:00)
Şəhid Sultan Şahvələdovun təltif edildiyi Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ailəsinə təqdim olunub.
Şəhidin medalı ailəsinə təqdim olunub (FOTO)

Bakı. Trend:

Bu ilin iyun ayında Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olmuş Şahvələdov Sultan Niyaz oğlunun təltif edildiyi Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ailəsinə təqdim olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qusar rayonunda keçirilən mərasimdə medal şəhidin atası Niyaz Şahvələdova təqdim edilib.

Çıxışlarda vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Sultan kimi igidlərin fədakarlığı, vətənpərvərliyi torpaqlarımızın tezliklə işğaldan azad olunacağını deməyə əsas verir.

Sonda şəhidin ruhuna ehsan verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti