...

Ermənilər Azıx mağarasında qanunsuz “tədqiqatlar”ı davam etdirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Dekabr 2017 16:43 (UTC +04:00)
Son illər Qarabağda, xüsusən Azıx mağarasında ermənilərin qanunsuz “tədqiqatlar” aparması bir daha bu paleolit düşərgəsinin və oradan əldə olunmuş artefaktların elmi təhlilinin, geniş elmi ictimaiyyətə çatdırılmasının zəruri olduğunu göstərir.
Ermənilər Azıx mağarasında qanunsuz “tədqiqatlar”ı davam etdirir

Bakı. İlhamə İsabalayeva - Trend:

Son illər Qarabağda, xüsusən Azıx mağarasında ermənilərin qanunsuz “tədqiqatlar” aparması bir daha bu paleolit düşərgəsinin və oradan əldə olunmuş artefaktların elmi təhlilinin, geniş elmi ictimaiyyətə çatdırılmasının zəruri olduğunu göstərir.

Trend-in məlumatına görə, bunu AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib.

O deyib ki, 1968-ci ildə arxeoloq Məmmədəli Hüseynov tərəfindən Azıx mağarasından Azıxantropun alt çənə sümüyünün qalığının aşkar olunmasından 50 il keçir. Qeyd edib ki, tədqiqatlar nəticəsində Azıxantropun 400 min il yaşı olduğu təsdiqlənib və elmi dövriyyəyə daxil edilən Quruçay mədəniyyəti elmdə özünün layiqli yerini tutub. Akademik Mingəçevir və Qəbələ rayonları ərazisindən son illər əldə edilmiş artefaktların Quruçay mədəniyyətinin yayılma arealının çox geniş olmasını təsdiqlədiyini və onun tədqiqinin müasir dövrdə də aktual olduğunu deyib.

Qeyd edək ki, bu gün qəbul edilən qərara əsasən, Azıx mağarasından Azıxantropun sümüyünün tapılmasının 50 illiyinə həsr olunmuş “Qafqaz erkən paleolit dövründə insanların miqrasiya yolunda” mövzusunda beynəlxalq simpozium keçiriləcək. Arxeologiya və Etnoqrafiya İnstitutunda təşkil olunacaq tədbirin 5-7 noyabr 2018-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti