...

Rusiya XİN rəhbərinin müavini BMT nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2018 15:07 (UTC +04:00)
Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin və BMT-nin Cənubi Qafqaz üzrə Cenevrə danışıqlarında həmsədrinin vəzifəsini icra edən Levent Bilman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Rusiya XİN rəhbərinin müavini BMT nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Bakı. Ləman Zeynalova - Trend:

Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin və BMT-nin Cənubi Qafqaz üzrə Cenevrə danışıqlarında həmsədrinin vəzifəsini icra edən Levent Bilman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Trend-in məlumatına görə, görüş barədə Rusiya XİN-in yaydığı məlumatda qeyd edilir ki, görüş zamanı münaqişələrin nizamlanması mövzusuna toxunulub: "Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə danışıqlarına xüsusi diqqət ayrıldı".

Məlumata görə, tərəflər eləcə də münaqişələrin qarşısının alınmasında BMT-nin iştirakı ilə sülh və təhülkəsizliyin təmin edilməsi məsələlərini müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti