...

Rob Sobhani: Serj Sarkisyanın istefası Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Aprel 2018 11:55 (UTC +04:00)
Ermənistan baş naziri Serj Sarkisyanın istefası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcək.
Rob Sobhani: Serj Sarkisyanın istefası Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcək

Bakı. Ləman Zeynalova - Trend:

Ermənistan baş naziri Serj Sarkisyanın istefası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcək.

Bunu Trend-ə “Caspian Group Holdings”in (ABŞ) baş direktoru Rob Sobhani deyib.

O bildirib: “Ümid edirəm ki, S.Sarkisyanın istefası Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcək, çünki bu problemin həlli Ermənistan və onun qonşuları, Azərbaycan və Türkiyə arasında ticarət üçün qapıları açacaq. Münaqişənin həlli nəticəsində yaranacaq sabitlik Ermənistan xalqına uzunmüddətli iqtisadi səmərə gətirəcək. Bu, onu ifadə edir ki, xalq münaqişənin həlli üçün öz liderlərinə təzyiq göstərəcək”.

Onun sözlərinə görə, ATƏT Minsk qrupunun həmsədrləri də bu tarixi məqamdan istifadə edərək Ermənistan tərəfini münaqişənin dinc yolla həllinə yönləndirməlidir və Ermənistan xalqını münaqişənin həllinin onlara səmərə verəcəyinə inandırmalıdır:

“Əgər Ermənistan xalqı öz liderlərindən Azərbaycanla sülh bağlamağı tələb etsə, mən əminəm ki, biz Ermənistan hökumətindən konstruktiv yanaşmanın şahidi olacağıq”.

R.Sobhani vurğulayıb ki, Serj Sarkisyanın istefası Ermənistan xalqının düşüncəsi barədə təəssürat yaradır:

“Ermənistan xalqı qlobal ictimaiyyətdən təcrid vəziyyətdə yaşamaqdan və iqtisadi cəhətdən əlverişsiz vəziyyətdə olmaqdan bezib. Ermənistan xalqı Azərbaycan xalqına baxıb özünə bu sualları verməlidir - Niyə bizim liderlərimiz iqtisadi artıma, siyasi müstəqilliyə, yoxsulluğun azalmasına nail ola bilməyib? Ermənilər Azərbaycana bütün qonşuları ilə normal münasibətlərdə olan və öz iqtisadiyyatına birbaşa xarici investisiyalardan vətəndaşlarının həyat şəraitini yaxşılaşdırmaq üçün istifadə edən uğurlu ölkə kimi baxırlar”.

R.Sobhani hesab edir ki, S.Sarkisyanın istefasının ardınca Ermənistanda iğtişaşlar başlaya bilər, amma Ermənistanın liderlərə ismarıcı aydındır: "Ermənistan xalqı istəyir ki, hökumət ayrı-ayrı məmurların yox, bütün xalqın maraqlarına uyğun fəaliyyət göstərsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti