...

Ukrayna telekanalı işğal olunmuş Dağlıq Qarabağdakı yolsuz və perspektivsiz həyat barədə reportaj hazırladı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2018 17:24 (UTC +04:00)
Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bu gün inkişaf etmiş infrastrukturu, müasir yolları, beynəlxalq əlaqələri olmayan və sakinləri üçün heç bir perspektiv vəd etməyən bir əraziyə çevrilib.
Ukrayna telekanalı işğal olunmuş Dağlıq Qarabağdakı yolsuz və perspektivsiz həyat barədə reportaj hazırladı

Bakı. Trend:

Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bu gün inkişaf etmiş infrastrukturu, müasir yolları, beynəlxalq əlaqələri olmayan və sakinləri üçün heç bir perspektiv vəd etməyən bir əraziyə çevrilib.

Trend-in məlumatına görə, bu barədə “112 Ukraina” telekanalında yer alan süjetdə deyilir.

Qeyd olunur ki, Dağlıq Qarabağda yaşayan ermənilər Ermənistandan başqa ölkələrə gedə bilmir, yerli uşaqlar isə beynəlxalq tədris proqramlarından məhrumdur.

Reportajda deyilir: “Dağlıq Qarabağın şəhərlərindən birində - Şuşada hələ də 1994-cü ilin silahlı münaqişəsindən xatırlatmalar qalıb: hər yerdə mərmilər tərəfindən dağılmış evlər görünür. Dağlıq Qarabağda həmçinin ticarət və təhsilin inkişafı üçün imkanlar azdır”.

Tanınmama statusu ilə əlaqədar olaraq yerli idman da, xüsusilə futbol çətinliklər yaşayır:

“Yerli futbol komandası beynəlxalq oyunlar keçirmək və rəsmi turnirlərdə iştirak etmək imkanından məhrumdur. Dəfələrlə edilən müraciətlərə baxmayaraq Qarabağa beynəlxalq futbol təşkilatlarında üzvlük hüququ verilməyib”.

Süjetdə vurğulanır ki, burada futbolçular elə bir stadionda məşq edir ki, oraya asfalt yol yoxdur, tamaşaçılar üçün oturacaqlar paslanıb, idmançılar isə köhnə avtomobillərdə stadiona gəlir və aşağı əmək haqqından şikayətlənir. Eyni zamanda onlar əlavə işdə işləməlidirlər, çünki futbolçu maaşı ilə yaşamaq mümkün deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti