...

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinin məqsədi açıqlanıb (ÖZƏL)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Oktyabr 2018 13:26 (UTC +04:00)
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinin məqsədi açıqlanıb.
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinin məqsədi açıqlanıb (ÖZƏL)

Bakı. Ləman Zeynalova - Trend:

ATƏT-in Minsk qrupunun həmsədrləri Cənubi Qafqaz regionuna səfərləri çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyin azaldılması üçün səyləri davam etdirməyə çağıracaq.

Bu barədə Trend-ə ATƏT-dən bildiriblər.

Qeyd olunub ki, hazırda həmsədrlər regionda səfərdədirlər:

“Həmsədrlər səfər çərçivəsində regiondakı vəziyyəti nəzərdən keçirir və tərəfləri Düşənbədə liderlərin əldə etdiyi razılaşmadan sonra gərginliyin azaldılması üçün səyləri davam etdirməyə çağırır. Onlar, həmçinin danışıqlar prosesinin fəallaşdırılması və digər addımları müzakirə edirlər”.

Xatırladaq ki, Minsk qrupunun həmsədrləri ötən gün Yerevana səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti