...

Budapeştdə Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2019 23:49 (UTC +04:00)
Budapeştin mərkəzində yerləşən məşhur “Basilica” kilsəsinin önündəki mərkəzi meydanda Xocalı Soyqırımın 27-ci ildönümünə həsr olunmuş tədbir təşkil edilib.
Budapeştdə Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü, Azərbaycan icması və bu ölkədə təhsil alan Azərbaycanlı və xarici tələbələrin iştirakı ilə Budapeştin mərkəzində yerləşən məşhur “Basilica” kilsəsinin önündəki mərkəzi meydanda Xocalı Soyqırımın 27-ci ildönümünə həsr olunmuş tədbir təşkil edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, 70-ə yaxın iştirakçının qatıldığı tədbir zamanı Xocalı qətliamına həsr edilmiş plakatlar və stendlər nümayiş etdirilib, habelə Səfirlik tərəfindən macar və ingilis dillərinə tərcümə edilmiş Xocalı Soyqırımına və Azərbaycanın əzəli torpağı – Qarabağa aid kitablar, broşür, bukletlər seyrçilərə və turistlərə paylanılıb.

Bundan əlavə, tələbələr Xocalı Soyqırımı haqqında Budapeştin yerli sakinlərinə və qonaqlarına ingilis və macar dillərində ətraflı məlumat verib.

Tədbir zamanı aksiya iştirakçıları tərəfindən kilsənin önündə şamlar yandırılıb və güllər qoyulub.

Aksiya “Justice for Khojali” – “Xocalıya Ədalət” şüarının ucadan səsləndirlməsi və Azərbaycan himninin oxunması ilə bitib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti