Bakı. Trend:
ATƏT-in Minsk qrupunun həmsədrlərinin əsas vəzifəsi Dağlıq Qarabağ münaqişəsini tam həll etmək istiqamətində işi mümkün qədər tezləşdirməkdən ibarətdir.
Trend-in məluamtına görə, bunu Rusiyanın xarici işlər naziri Mariya Zaxarova bu gün keçirilən ənənəvi brifinqdə deyib.
Rusiyanın XİN rəsmisi bildirib: "Biz tərəflər və ATƏT Minsk qrupu həmsədrləri arasında razılaşdırılmış sənədlərlə işləyirik. Biz öz tərəfimizdən hər zaman tərəfləri bu konstruktiv yanaşmaya dəvət etmişik. Bu vəzifəni maksimal dərəcədə ardıcıl yerinə yetiririk və hamını konstruktiv işə, bu istiqamətdə konstruktiv addımlara çağırırıq. Bizim razılaşdırılmış formulalarımız, sənədlərimiz və irəli addımlamaq üçün razılaşdırılmış gündəliyimiz var”.