...

Müdafiə Nazirliyi: Azərbaycana məxsus tank vurulmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyul 2020 10:59 (UTC +04:00)
Müdafiə Nazirliyi: Azərbaycana məxsus tank vurulmayıb

Bakı. Samir Əli - Trend:

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyanın guya Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan tankının vurulduğu barədə yaydığı məlumatı təkzib edib.

V.Dərgahlı Trend-ə deyib ki, bu yanlış məlumatdır:

"Azərbaycan Ordusunun bütün tankları sıradadır. Azərbaycan Silahlı Qüvvələrinin zirehli texnikası ön xətdə deyil. Azərbaycan tankları isə düşmən bölmələrinin vura bilməyəcəyi ərazidədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti