...

“Bazarstore”dan Azərbaycan ordusuna dəstək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2020 14:26 (UTC +04:00)
“Bazarstore”dan Azərbaycan ordusuna dəstək

Bakı. Trend:

“Bazarstore” Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün zəfər yürüşünə çıxmış şanlı Silahlı Qüvvələrimizə Yardım Fonduna 100 min manat vəsait ianə edib.

Prezident, Ali Baş Komandan İlham Əliyevin qismən səfərbərlik barədə Sərəncam imzalaması ilə adıçəkilən super marketlər şəbəkəsinin 150 əməkdaşı şanlı ordumuzun sıralarına qoşulub.

Bununla bərabər 208 “Bazarstore” əməkdaşı ordumuz və düşmən hücumu nəticəsində xəsarət almış mülki vətəndaşlarımızın sağlamlıqlarının bərpasına dəstək olmaq məqsədilə qan vermək üçün növbə gözləyir. 64 mağazası ilə istehlakçıların xidmətində dayanan Bazarstore rəşadətli ordumuzun bu haqq savaşından qalib ayrılacağından əminliyini ifadə edir.

Qarabağ – Azərbaycandır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti