...

Pakistanlı siyasətçi: Ermənistan Azərbaycana irimiqyaslı müharibəni qəbul etdirmək üçün mümkün olan hər şeyi edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2020 12:35 (UTC +04:00)
Pakistanlı siyasətçi: Ermənistan Azərbaycana irimiqyaslı müharibəni qəbul etdirmək üçün mümkün olan hər şeyi edir

Bakı. Nərgiz Sadıxova - Trend:

Ermənistan Azərbaycana irimiqyaslı müharibəni qəbul etdirmək üçün mümkün olan hər şeyi edir.

Bunu Trend-ə Pakistan Senatının üzvü Ənvər ül Hak Kakar deyib.

Ermənistanın Gəncə, Mingəçevir, Xızı və Abşerona raket zərbələrini şərh edən senator qeyd edib ki, bu hücumlar erməni aqressiyasının daha bir sübutudur:

“Biz bu hücumları pisləyirik və güc tətbiqinə qarşı çıxırıq. Ermənistan yalnız öz torpaqlarına olan qanuni hüquqlarını müdafiə etməyə çalışan Azərbaycanı irimiqyaslı müharibəyə cəlb edir”.

O əlavə edib ki, dünya ictimaiyyəti Ermənistanın aqressiyasının qarşısının alınması üçün tədbirlər görməli və regionda ədalətli sülhün bərqərar olmasında öz rolunu oynamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti