Bakı. Trend:
Trend BİA beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağda baş verən hadisələr haqqında fasiləsiz şəkildə məlumatlandırır.
Əlcəzairin “Əl Şuruq” telekanalında çıxışı zamanı Trend BİA-nın baş redaktoru Rufiz Hafizoğlu Ermənistanın dünya ictimaiyyətini aldatmağa çalışdığını bildirib.
Baş redaktor qeyd edib ki, Azərbaycan üçün ən başlıca hədəf öz torpaqlarını işğaldan azad etməkdir:
“Hərbi əməliyyatlar Ermənistanın torpaqlarında deyil , Azərbaycan torpaqlarında aparılır”.